Ata olmaq nə deməkdir, bilirsinizmi?..
– Övladının ilk addımını gördüyündə, Aya ilk ayaq basan insanın sevincindən daha çox sevinc yaşamaq deməkdir…
– Övladınız dil açarkən ağzından çıxacaq ilk sözü qaçırmamaq üçün, davamlı yanında olmağa çalışmaq deməkdir…
– Övladının gözündə həyat yoldaşını, həyat yoldaşının gözündə övladını görmək deməkdir…
– Riyaziyyat elminə inad, 1+1-in 3 etməsi, 4 etməsi, 5 etməsi deməkdir…
– Ata olmaq böyümək deməkdir, dostlar…
Və ən nəhayət, “Ata olmaq, bir balacanın qəhrəmanı olmaq” deməkdir…
Birinci yer

İkinci yer

Üçüncü yer

Bir-birindən sevimli körpələrin və atalarının iştirak etdiyi “Ata olmaq, bir balacanın qəhrəmanı olmaqdır” adlı müsabiqəmiz nəhayət ki, sona çatdı. Yarışmaya qatılan sevincini, xatirəsini, təbəssümünü bizimlə paylaşan hər kəsə ayrı-ayrılıqda təşəkkür edirik.. 🙂
“Ata qızını hər şeydən, hər təhlükədən qoruyan insandır. Bu şəkildə qız qalasında yıxılmaq qorxurdum. Atam da məni bərk-bərk qucaqlamış, mən də yaxasından tutmuşdum . Allah bütün valideynlərə rəhmət etsin, mənim də atama. Qalanlara can sağlığı versin. O mənim hər zaman ən böyük qəhramanım olacaq…”

Qeyd: Müsabiqəmizə uyğun yüzlərlə foto, onlarla video göndərilmişdir. Postda sadəcə ilk 3 şəkil sıralaması ilə düzülüb, aşağıdakı şəkillər içlərindən seçilmişlərdir…


































