Bayramlaşdıq, Çox Sağ Olun Ki Gəldiniz…





20.03.2019



“Bildirchin Group” olaraq bu dəfə oxucularla kitabların görüşünü təşkil etdik. Kitab sayımızın bu işə həvəs göstərən izləyicilərdən 3 dəfə az olduğunu nəzərə alaraq onu müəyyən vaxta təyin etdik.





Hələ buna baxmayaraq biz ora gələndə artıq istəkli insanların bizi gözlədiyinin şahidi olduq və bu bizim əhvalımızın daha da yüksəlməsinə səbəb oldu. Kitablar ilə yanaşı stəkan və qələmlərimizi də hədiyyə etdik


Deməli, təşkil etdiyimiz bu görüşlə fərqli yaş, ixtisas, təcrübə və əhval-ruhiyyədə olan insanlarla tanış olmaq və fikirlərimizi bölüşmək imkanı əldə etdik. Təbii ki, bunların əsas hissəsi tələbələr və gənclər idi, amma yaşı bizə nisbətən biraz çox olan, buna baxmayaraq ruhu və düşüncəsi gənc və diri olan insanların bizim təşəbbüsə maraq göstərməsi və təəssüratlarını bölüşməsi bizə qürur hissi aşıladı.