“Bildirchin Group”Un Media Tərəfdaşlığı Ilə Turizm Sahəsində Ixtisaslaşan Tələbələrin Böyük Görüşü Reallaşdı





23.02.2019



23 fevral 2019-cu il tarixində “Tourism Students Meetup” layihəsi reallaşdı.





Layihə Azərbaycanda turizm sahəsində ixtisaslaşan tələbələr üçün iri həcmdə keçirilən ilk və tək platformadır.


“Absheron Hotel Group”, “BakuLife Travel” baş sponsorluğu və “Dərs Evi” tədris mərkəzinin sponsorluğu ilə keçirilən Tourism Students Meetup layihəsi tələbələrin böyük marağına səbəb olub.


Tədbir zamanı yeni yaranmış Turizm Labaratoriyasının (Tourism Lab.) təqdimatı keçirildi. Turizm Labaratoriyasınınnəzdində fəaliyyətə başlayan “Tourism Students Meetup” layihəsinin koordinatoru Fatimə Əliyeva açılış nitqini söylədi. Daha sonra “Tourism Lab.” şirkətinin rəhbəri Həvva Səfərova Azərbaycanda turizm sahəsinin inkişafı üçün əməkdaşlığın vacibolduğunu vurğuladı. Həmçinin, tələbələr üçün təlim-tədris xidməti göstərən AHA–nın (Azerbaijan Hospitality Academy) təqdimatı keçirilib. AHA-nın rəhbəri Nərmin Əlisoy çıxışındaq qeyd etdi ki, turizm sahəsində oxuyan tələbələr və gələcəkkaryerasını bu sahədə görən şəxsləri turizm mütəxəssisləri iləmütamadi görüşlərini təşkil edəcəyik.


“Tourism Students Meetup” platformasının çıxışçıları:

Rövşən Nəcəfov – Təlimçi, “İnsan Mühəndisliyi” proqramının rəhbəri;

Samir Əliyev – İaşə şöbəsinin müdiri, “Boulevard Hotel Autograph Colletion”

Kamil Dadaşov – Art director, “Mauve Hospitality”

Nadir Fərəcov – Biznes İnkişaf Direktoru, “Mondo Travel”

Jalə Ələkbərova – Travel Blogger

Racı Əhlimanzadə – Mərkəzi İnventorizasiya üzrə Menecer,“Absheron Hotel Group”

Fərid Əliyev – Satış koordinatoru, “Pasha Travel”

Rahib İsmixanov – Baş Menecer, “Sumgayit Plaza Hotel”

Ələkbər Eyvazlı – Rəqəmsal Marketinq mütəxəssisi

Həvva Səfərova – Turizm Labaratoriyasının (Tourism Lab.) rəhbəri



Qeyd edək ki, “Tourism Students Meetup” platforması turizmtələbələrinin professional biznes mühiti ilə tanışlığına imkan yaradır, turizm sənayesinin mütəxəssislərinin məsləhət və ən yaxşı nümunələrini təqdim edən layihədir. “Tourism Students Meetup” layihəsi yeni yaradılmış Turizm Labaratoriyasının (Tourism Lab.) tələbələr üçün nəzərdə tutulmuş fəaliyyət istiqamətidir.